"Azərbaycan da Gürcüstan kimi demokratik ölkə olacaq"

26-03-2017 13:26 / Bu xəbər 2418 dəfə oxundu

Tiflisdə Avropa Qadınlar Akademiyasının seçkilərlə bağlı seminarı keçirilib. 

Tədbirdə Müsavat Partiyasından Divan üzvü Alya Yaqublu iştirak edib. 

A.Yaqublu bununla bağlı feysbukda yazıb. O bildirib ki, artıq seminar başa çatıb.

"Seçki rəqabəti və seçki təbliğatıyla bağlı maraqlı mühazirələr dinlədik, praktik məşğələlərimiz oldu. İlk azad seçkidə bu bilgilərdən yararlanmaq ümidiylə ayrılacam Tiflisdən. İnanıram ki, Gürcüstan kimi, bir gün Azərbaycan da demokratik ölkə olacaq. Mütləq olacaq", - Yaqublu bildirib.

Arqument.Az