Azərbaycan əsgəri minaya düşüb

Azərbaycan əsgəri minaya düşüb

12-04-2019 15:11 / Bu xəbər 1539 dəfə oxundu

Hadisə Tərtərdə baş verib

Tərtər rayonu "N" saylı Hərbi hissənin əsgəri Mayılzadə Məhərrəm Qafar oğlu xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Cəlilabad Rayon Hərbi Komisarlığından Meydan TV-yə əsgərin mina partlamasından şəhid olduğunu bildiriblər.

Bildirilib ki, əsgər bu gün dəfn olub.

Məhərrəm Mayılzadə 2000-ci ildə Cəlilabad rayonunun Musalı kəndində doğulub.

O, ötən ilin 12 aprelində Cəlilabad Rayon Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çagırılıb.