Azərbaycan əsgəri şəhid olub

Azərbaycan əsgəri şəhid olub

07-11-2019 18:12 / Bu xəbər 2424 dəfə oxundu

Hadisə Ermənistanla sərhədin Qazax rayonu hissəsində baş verib

Dövlət Sərhəd Xidmətinin əsgəri Babək Vəli oğlu Aslanovun noyabrın 6-dan 7-nə keçən gecə həlak olduğu bildirilir.

Hadisə Ermənistanla sərhədin Qazax rayonu hissəsində baş verib. Babək Aslanov Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova məlumatı "Modern.az” saytına təsdiqləyib.

O bildirib ki, hazırda cənazə dəfn olunmaq üçün əsgərin anadan olduğu Xaçmaz rayonunun Mollabürhan kəndinə gətirilir.

Dövlət Sərhəd Xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.///Meydan.tv