Azərbaycan əsgəri yaralandı

Azərbaycan əsgəri yaralandı

25-07-2017 16:02 / Bu xəbər 1017 dəfə oxundu

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.
 
Müdafiə Nazirliyinin saytına verdiyi məlumata görə, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.
 
Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.
 
Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.