Azərbaycan məktəblərində Ermənistan təbliğatı - FOTO

Azərbaycan məktəblərində Ermənistan təbliğatı - FOTO

07-10-2017 12:41 / Bu xəbər 4459 dəfə oxundu

"Kitab məktəblərdən yığışdırılır, amma xalqdan gizlədirlər" 

Orta məktəblərin rus bölməsinin 10-cu sinif dərsliyində "Böyük Ermənistan" təsviri olan xəritə yer alıb.

Arqument.az xəbər verir ki, bu barədə bloger Azər Kazımzadə məlumat yayıb. 

O bildirib ki, kitab Təhsil Nazirliyi tərəfindən təsdiq edilib: "Bu kitab Təhsil Nazirliyi tərəfindən təsdiq olunaraq böyük maliyyə vəsaiti hesabına orta məktəblərin Rus bölməsinin 10-cu sinifi üçün (Umumi Tarix kitabı) hazırlanıb. Avqust ayında orta məktəblərə göndərilib. Kitabın 32-ci səhfəsində Şimali və Cənubi Azərbaycan əraziləri "Böyük Ermənistan" ərazisi kimi göstərilib. Orta məktəblərin müəllimlərin kütləvi narazılığını nəzərə alaraq 4 gündür ki, bu kitablar məktəblərdən yığılır, amma bu biabırçılığı ictimayyətdən gizlətməyə çalışırlar". 

"Əgər Ermənistanın xəritəsini təbliğ etmək faktı meydandadırsa, onlar dövlət qarşısında məsuliyyətə cəlb olunmalıdırlar”.

Bunu AzNews.az-a açıqlamasında təhsil eksperti Əjdər Ağayev Azərbaycanın 10-cu sinif tarix dərsliyində Ermənistanın bayrağının təbliğ olunmasına münasibət bildirərkən deyib. Ekspert bunu dövlətə qarşı xəyanət hesab edir: "Əlaqədar orqanlar bu işə cavabdehdir. Kitabı kim nəşr edib? Kimlər rəy yazıb? Kitabın sonunda Ermənistanın xəritəsi əks olunub, aidiyyatı şəxslər onu necə görməyiblər? Bu yanaşmalar sağlam olmayan insanların hərəkətləridir. Onların bu hərəkətlərinə qarşı mübarizə aparmaq lazımdır. Bu məsələyə birbaşa nəşriyyat cavab daşıyır. Qurum cavab verməlidir ki, niyə Ermənistanın xəritəsini təbliğ edir?"

Əjdər Ağayev onu da vurğulayıb ki, bu kitabın ərsəyə gəlməsində iştirak edən hər bir şəxs tək ictimaiyyət deyil, qanun qarşısında dayanmalıdırlar: "Kitabı hazırlayan müəlliflər, redaktorların hər biri məsuliyyətə cəlb olunmalıdır. Onlar bizim dövlətçiliyimizə, ideologiyalarımıza, siyasətimizə qarşı ziyanlı hərəkət edib”.
 
Dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.