Azərbaycan ordusu itki verdi - zabitimiz şəhid oldu

Azərbaycan ordusu itki verdi - zabitimiz şəhid oldu

07-12-2015 12:25 / Bu xəbər 3075 dəfə oxundu

Azərbaycan ordusu daha bir itki verib.

Arqument.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.

Yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və yaralı zabit vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Arqument.Az