Azərbaycan ordusu yenə əsgərini itirdi

Azərbaycan ordusu yenə əsgərini itirdi

10-06-2019 11:53 / Bu xəbər 389 dəfə oxundu

Hərbi qulluqçu Elşən Xəlilovun Tərtər rayonu istiqamətində şəhid olduğu bildirilir

İyunun 9-da Azərbaycan ordusu daha bir əsgərini itirib. 

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozmaqla növbəti dəfə təxribat törədib.

"Cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Vüqar oğlu Xəlilov şəhid olub”, - deyə nazirliyin məlumatında vurğulanır.