Azərbaycan ordusunda daha bir itki: polkovnik şəhid oldu

Azərbaycan ordusunda daha bir itki: polkovnik şəhid oldu

21-01-2018 15:24 / Bu xəbər 3873 dəfə oxundu

Azərbaycan Müdafiə Nazirliyi polkovnik Rəhim Əhməd oğlu Əliyevin ölümü haqda məlumatı təsdiqləyib. 

MN bildirir ki, təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.

Hərbi Prokurorluğun araşdırma apardığı bildirilir.

***

Hadisənin Füzulidə baş verdiyi haqda məlumatlar var.

Yanvarın 20-də Azərbaycan ordusunun zabiti, polkovnik Rəhim Əhməd oğlu Əliyev minaya düşərək həlak olub.

Bu barədə sosial şəbəkələrdə onun yaxınları, hərbçi dostları məlumat paylaşıblar. 

Məlumata görə, hadisə Füzuli rayonunda baş verib. 

Mina axtaran zaman partlayış olub. 

Hadisə zamanı daha bir hərbçinin yaralandığı deyilir.

Məlumatda o da bildirilir ki, hazırda polkovnikin nəşi Bakıya gətirilir, yanvarın 21-də onunla vida mərasimi keçiriləcək.

Lənkəran şəhərində anadan olan, 1967 təvəllüd Rəhim Əliyev, Qarabağ savaşının iştirakçısıdır. 

Qarabağ qazisi Rey Kərimoğlu öz "Facebook” səhifəsində onun Azərbaycanın Milli Qəhrəmanı, Fred Asif kimi tanınan polkovnik-leytenant Asif Məhərrəmovun dəstəsində vuruşduğunu yazıb.
///meydan.tv