Azərbaycan prezidenti Türkiyəyə gedib

Azərbaycan prezidenti Türkiyəyə gedib

24-04-2018 17:51 / Bu xəbər 2602 dəfə oxundu

Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-də Türkiyəyə rəsmi səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, İlham Əliyevi Türkiyənin baş nazirinin müavini Fikri İşık və başqa yüksəkvəzifəli dövlət, hökumət nümayəndələri qarşılayıblar.

Prezident İ.Əliyevin VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi gözlənir. 

Bundan əlavə, onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.