Azərbaycan sərhəddində gömrük biabırçılığı - FOTOLAR

Azərbaycan sərhəddində gömrük biabırçılığı - FOTOLAR

23-04-2017 03:03 / Bu xəbər 2345 dəfə oxundu

Azərbaycan-Gürcüstan sərhəddindəki "Sınıq Körpü" körpü gömrük-keçid məntəqəsində böyük növbə yaranıb. 

Bu barədə "Qaynar"a hazırda gömrük-keçid məntəqəsində olan şahidlər məlumat verib.

Onların sözlərinə görə, 4 saata yaxındır ki, Azərbaycan gömrükçüləri sərhəddi keçmək istəyənləri ölkəyə buraxmır. Buna səbəb kimi isə gah komputer sistemində problem yyarandığı, gah da işıqların söndüyü bildirilir.

Hazırda məntəqədə böyük avtomobil və insan sıxlığı yaranıb. Növbənin ucu-bucağı görünmür.

Saatlardır ac-susuz növbədə qalan çox sayda insan ciddi çətinliklərlə üzləşib. Onların arasında xəstələr də var. Şahidlərin sözlərinə görə, vəziyyət o yerə çatıb ki, gürcü sərhədçiləri Azərbaycan gömrükçülərinə gülür. 

Problemin nə zaman aradan qaldırılacağı ilə bağlı isə konkret heç nə deyilmir.