Azərbaycan Yazıçılar Birliyində QALMAQAL

Azərbaycan Yazıçılar Birliyində QALMAQAL

05-02-2016 18:37 / Bu xəbər 2276 dəfə oxundu

Bu gün AYB-nin Natəvan klubunda "Kaspi” qəzetinin xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimində qalmaqal yaşanıb.

Kulisin məlumatına görə, tədbirin aparıcısı, AYB sədri Anar mərhum şairin dostu Vaqif Nəsibə söz vermədiyi üçün o, ayağa qalxıb, "Vaqif Səmədoğlunu mən də tanıyıram, mənə niyə söz vermirsiniz?” – deyərək etiraz əlaməti olaraq zalı tərk edib.

Anar Vaqif Nəsibin ardınca "Hər oxuyan Molla Pənah olmaz” – deyə atmaca atıb. 

Vaqif Nəsib hadisə ilə bağlı Kulisə bunları söyləyib: "Mən Anarı yazıçı hesab eləmirəm, həmişə demişəm ki, o dibçək yazıçısıdır, Dədə Qorqudu bambılı vəziyyətə salıb, ona görə, mənimlə arası yoxdur. Əgər Anara aid tədbir olsaydı mən ora getməzdim. Ancaq Vaqif Səmədoğlu mənim dostum idi və onunla bağlı danışmaq haqqım vardı, Anar imkan vermədi.” 

Xatırladaq ki, zaman-zaman yazıçı Vaqif Nəsiblə Anar arasında bu cür qalmaqal yaşanıb. Bu cür deyişmələr həm mətbuat səhifələrində, həm də müxtəlif tədbirlərdə baş verib.

Arqument.Az