Azərbaycanda 33 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycanda 33 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

18-04-2020 18:09 / Bu xəbər 1571 dəfə oxundu

Azərbaycan Respublikasında 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 62 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

"Hazırkı dövrədək ölkəmizdə 1 373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir", - rəsmi açıqlamada deyilir. 

Qeyd olunur ki, həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.