Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı

04-04-2020 15:19 / Bu xəbər 499 dəfə oxundu

 
Azərbaycanda 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb. 

Məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.