Azərbaycanda kamikadze məhv edildi: Özünü partlatmaq istədi - VİDEO

Azərbaycanda kamikadze məhv edildi: Özünü partlatmaq istədi - VİDEO

04-12-2016 00:24 / Bu xəbər 1935 dəfə oxundu

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, 1978-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlunun cari ilin əvvəlində azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə Azərbaycan Respublikasının ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib. 

DTX-nin mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə, bununla əlaqədar, 2016-cı il dekabrın 3-də Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri”ni partlatmağa cəhd etmiş, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib. 

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.