Azərbaycanda növbədənkənar Prezident seçkisi elan edildi

Azərbaycanda növbədənkənar Prezident seçkisi elan edildi

05-02-2018 12:28 / Bu xəbər 2543 dəfə oxundu

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. 

Arqument.Az xəbər verir ki, bu barədə bu gün, fevralın 5-də prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.  

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması və onun Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycanda prezident seçkiləri ənənəvi olaraq, oktyabr ayında keçirilirdi.