Azərbaycanda qadın baş redaktor intihara cəhd etdi

Azərbaycanda qadın baş redaktor intihara cəhd etdi

30-05-2016 12:16 / Bu xəbər 3085 dəfə oxundu

"Bakupress.az”saytının baş redaktoru Şəfəq Ağacan intihara cəhd göstərib. 

O, xeyli sayda dərman preparatları qəbul edib. Dərhal xəstəxanaya yerləşdirilən jurnalistin həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, jurnalist Nicat adlı şəxs tərəfindən şantaj edildiyi üçün belə bir addım atıb.

Polis əməkdaşları tərəfindən ifadəsi alınan Şəfəq Ağacanın vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.

Qeyd edək ki, Şəfəq Ağacan Sumqayıt şəhər sakinidir. (Xeberle.com)

Arqument.az