Azərbaycanda silah anbarı partladı: Bakı-Quba yolu bağlandı

Azərbaycanda silah anbarı partladı: Bakı-Quba yolu bağlandı

27-08-2017 11:17 / Bu xəbər 3824 dəfə oxundu

Avqustun 27-si səhər Azərbaycanda N saylı hərbi hissənin silah anbarında yanğın baş verib.

Bu barədə Müdafiə nazirliyinin məlumatında bildirilir.

"N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub. Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir".

İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur”, – deyə nazirliyin məlumatında qeyd edilir.

Partlayış səslərini yerli sakinlər də eşidiblər. Onların deməsinə görə, mərmilərdən bəziləri yaxın ərazilərə də düşüb. Əhali narahatlıq içindədir.

Verilən məlumatlara görə, həmin əraziyə gedən yolu bağlayıblar, əhali ərazini tərk edir.

"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidədirlər”, – deyə yerli sakinlər bildirirlər.///azadliq.org