Azərbaycanda siyasi məhbus probleminə baxış" mövzusunda ictimai dinləmə keçiriləcək

Azərbaycanda siyasi məhbus probleminə baxış

14-09-2017 01:06 / Bu xəbər 1917 dəfə oxundu

Siyasi Məhbusları Müdafiə Mərkəzinin təşkilatçılığı ilə "Mehman Əliyevin azadlığa çıxması və Azərbaycanda siyasi məhbus probleminə baxış" mövzusunda ictimai dinləmə keçiriləcək.

Toplantı 14 sentyabr saat 14.00- da Musavat partiyasının Qərargahında olacaq. 

"Siyasi məhbusların azadlığını istəyən, bu istiqamətdə çalışan və töhvə vermək istəyən hər kəsi, toplantıda iştiraka dəvət edirik", - Siyasi Məhbusları Müdafiə Mərkəzinin məlumatında bildirilir.

Toplantıda həbsdən yenicə çıxmış Mehman Əliyev də iştirak edəcək, fikirlərini bildirəcək.