Azərbaycanlı atlet dünya çempionu oldu

Azərbaycanlı atlet dünya çempionu oldu

11-08-2017 10:08 / Bu xəbər 156 dəfə oxundu

Türkiyə yığmasını təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatının qalibi olub. 

O, kişilər arasında 200 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyaraq birinci yerə çıxıb və dünya çempionu adını qazanıb. Atlet finişə 20.09 saniyəyə çatıb. 

Ramil Quliyev finalda Azərbaycan bayrağını da qaldırıb.

Bir müddət öncə Ramil Quliyevin Azərbaycan Atletika Federasiyadan küsüb, ölkəni tərk etdiyi deyilirdi.