Azərbaycanlı gənc ABŞ-ın nüfuzlu universitetinə qəbul olundu

Azərbaycanlı gənc ABŞ-ın nüfuzlu universitetinə qəbul olundu

15-03-2020 18:14 / Bu xəbər 1612 dəfə oxundu

Jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən nüfuzlu universitetlərindən birinə Massachusetts İnstitute of Technology (MİT) Computer Science ixtisasına qəbul olub. 

Bu barədə ADR Hərəkatının sədri, iqtisadi ekspert Qubad İbadoğlu feysbuk hesabında yazıb. 

Onun sözlərinə görə, həmin universiteti bitirən məzunlar üçün başlanğıc əməkhaqqı 88200 dollardır: "MİT Massachusetts ştatının Boston ərazisinin Kembric şəhərində yerləşən kiçik özəl məktəbdir. Bakalavr tələbələrinin sayı 4510 nəfərdir. Bu universitetdə təhsil haqqı 53,790 dollardır. Qəbul olunma dərəcəsi 7 faizdir. Kompyuter elmləri, Mexaniki mühəndislik və Riyaziyyat ən populyar ixtisasıdır. Tələbələrinin Universiteti bitirmə faizi 94-dür. Bu Universiteti bitirən məzunlar üçün başlanğıc əmək haqqı 88200 dollarıdır".
 
ABŞ-ın 1 nömrəli kompyuter elmləri məktəbi bu institut hesab olunur. MIT Quacquarelli Symonds (QS) 2019-20-ci il reytinqində dünya üzrə 1-ci, Times Higher Education 2020 reytinqində dünya üzrə 5-ci yerdədir", - Qubad İbadoğlu yazıb. 

Abutalıb Namazov bu ilin yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) informatika fənni üzrə Azərbaycan məktəbliləri arasında qızıl medalı qazanmışdı.