“Azərbaycanla sakit diplomatiya işləmir”

“Azərbaycanla sakit diplomatiya işləmir”

30-09-2016 00:39 / Bu xəbər 903 dəfə oxundu

"Demokratik qurumları gücləndirmək üçün indiki Azərbaycan hökümətində ABŞ-ın heç bir tərəfdaşı yoxdur”

ABŞ-ın Azərbaycanda keçmiş səfiri Richard Kazlariç BBC Azərbaycancaya müsahibəsində bildirib Dövlət Departamenti sözçüsünün 26 sentyabr referendumu ilə bağlı şərhlərini "dolaşıq” adlandırıb.

Kazlariç referendumunun demokratik proses kimi təsviri ilə razı olmadığını bildirib. O həmçinin qeyd edib ki, demokratik qurumları gücləndirmək üçün indiki Azərbaycan hökümətində ABŞ-ın heç bir tərəfdaşı yoxdur. Keçmiş səfir bu mühitdə ABŞ-ın Azərbaycanda demokratiyanın inkişafına yönəlik necə işləyəcəyini təssəvür edə bilmir. Kazlariç Azərbaycan hakimiyyətinə qarşı "sakit diplomatiyanın işləmədiyini” vurğulayıb.///azadliq.org