Azərbaycanın bu kəndində it olmur - REPORTAJ

Azərbaycanın bu kəndində it olmur - REPORTAJ

17-08-2017 01:15 / Bu xəbər 660 dəfə oxundu

- Xoşuna gəlir? 
- Hə, gözəldi.
- Buranın təbiəti kimi təbiət yoxdur.  Müxtəlif yerlər var, amma bura kimi deyil heç biri. Yaşıllığına görə, çaylaq  görmür ona görə fərqlənir. 

"Hamısına pul çatdıra bilmirəm, çətindi"

Milyaz Mirzəyevin 69 yaşı var. 80-85-ci illərdə Ali Sovetdə deputat olub. Ömrünün yarısını Qaxın özündə, yarısını isə İlisu kəndində keçirdiyini deyir: "Qaxda ata evimiz var. Yayı burda keçirirəm, qışda isə şəhərin özündə qalırıq".

Burada görünən hər şey öz zəhmətinin bəhrəsidir. Bunların hamısının öz ideyası olduğunu deyir: "Hələ çoxunu həyata keçirə bilməmişəm. Hamısına pul çatdıra bilmirəm,  çətindi. Ərazi örüş yeri sayılır, "kollu otlaq" adlanır".  
 
"Yayda gəlmələr gəlir deyə kəndin ahəngi pozulur” 

Milyaz Mirzəyev artıq 2 ildən artıqdır ki, yay aylarında burada işləyir. İşindən olduqca razıdır: "Yay aylarında kəndə gedib-gələn çox olur. Bekar qalmıram, hərə ilə bir az söhbət edirsən, görürsən artıq axşam olub. İçəridə bir divanım var, gecələr orda yatıram". 

İşi, əsasən, çay hazırlamaqdır. Bəzən müştərilər üçün kabab və buğlama da hazırlayır. Məkanın yaxınlığında yaşıllığın az olmasından gileylənir:

"Buranın yaşıllığı azdır. 10-15 ağac da olsa lap gözəl olardı. Özüm ağac əkirəm, amma bura çaylaqdır, nə qədər çay daşları təmizləmişəm, bu vəziyyətə gətirmək üçün əziyyətim çox olub".  
 
"Bu kənddə it olmur"

Milyaz Mirzəyev kəndin ahənginin pozulduğunu deyir: "İlisu maraqlı kənddir, burda it olmur. Oğurluğu da yoxdur bu kəndin, buralar heç bir yerə bənzəmir. Hələ bir az ahəngi pozulub, yayda gəlmələr gəlir ona görə". 

Əhalinin dolanışığı zəifdir, əsas iş yay aylarında olur. Kənd camaatı ev kirayəsi ilə dolanır. Qışda qaz bahadı deyə odun alırlar. Bir maşın odun 250 manatdır, əgər mal-qara saxlayırsansa, elə 500 manata yaxın da onun xərcini çəkməlisən. Kənddə, bəlkə də, 50 adam işləyir, qalanları boş-bekardır. 

500-ə yaxın ev var kənddə. Əvvəl tikilən evlər balacadı. Qış sərt keçdiyinə görə isitmək çətin olur. Burda evlərin pəncərəsi də balaca olur:
 
"Mənim bir dostum vardı, qapıları elə  balaca idi ki, həmişə əyilib keçirdi. Özü də boylu-buxunlu kişi idi. Hər dəfə keçəndə öz başına vururdu, deyirdi: "Mənim başım batsın". Özü alçaq tikmişdi qapını".

Türkan Bəşir
Toplum.Tv