Azərbaycanın müstəqilliyinin əleyhinə səs verənlər (SİYAHI)

Azərbaycanın müstəqilliyinin əleyhinə səs verənlər (SİYAHI)

18-10-2017 16:21 / Bu xəbər 2189 dəfə oxundu

Bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 26-cı ildönümüdür. 

26 il öncə - 1991-ci ilin bu günü Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında" Konstitusiya Aktını qəbul edib.

O zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. Digərləri isə iclasa qatılmayıb.

"Qaynarinfo" Dövlət Müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edir:

1. Arif Rəhimzadə - deputat

2. Yaşar Əliyev - Azərbaycanın Çindəki sabiq səfiri

3. Abbas Abbasov - baş nazirin sabiq birinci müavini

4. Fikrət Sadıqov - "Azərkimya" DŞ-nin keçmiş prezidenti

5. Samur Novruzov - sabiq deputat, vəfat edib

6. Eldar İbrahimov - deputat, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri

7. Şaitdin Əliyev - sabiq deputat, MSK üzvü

8. Gülnarə Qurbanova - sabiq deputat

9. Mixail Zabelin - deputat

10. Sultan Məmmədov - sabiq deputat, biznes fəaliyyətilə məşğuldur

11. Zeynəb Xanlarova - Xalq artisti, deputat

12. Madər Musayev - deputat 

13. Yaşar Rzayev - sabiq deuptat, Lənkəranın keçmiş icra başçısı

14. Gennadi Timoşenko - sabiq deputat

15. Həsən Həsənov - keçmiş baş nazir və xarici işlər naziri, Polşadakı səfir

16. Əli Həsənov - Baş nazirin müavini, "Qaçkınkom"un sədri

17. Şair Həsənov - Tikinti və Arxitektura Komitəsinin sabiq sədri, keçmiş nazir

18. İrşad Əliyev - sabiq kənd təsərrüfatı naziri, Beyləqanın keçmiş icra başçısı

19. Əhməd Əhmədzadə - Su və Meliorasiya komitəsinin sədri

20. Aslan Süleymanov - sabiq deputat

21. Arif Ağayev - Yasamal və Samuxun keçmiş icra başçısı

22. Şamil Həsənov - Ağcəbədinin keçmiş icra başçısı

23. Sahib Əkbərov - Kəlbəcərin sabiq icra başçısı

24. Tapdıq Kamalov - sabiq deputat

25. Rüfət Əsədov - Nazirlər Kabinetində sabiq şöbə müdiri

26. Tofiq Bağırov - Cəlilabadın keçmiş icra başçısı

27. Arif Mövsümov - Nazirlər Kabinetində sabiq şöbə müdiri, vəfat edib

28. Cahangir Hüseynov - sabiq deputat

29. Mirhəmzə Əfəndiyev - Belçikadakı sabiq səfir

30. Telman Orucov - Sabiq deputat 

31. Çingiz Sadıqov - sabiq deputat, vəfat edib.