Azərbaycanın tibbi maskaya olan gündəlik tələbatı nə qədərdir?

Azərbaycanın tibbi maskaya olan gündəlik tələbatı nə qədərdir?

07-04-2020 13:19 / Bu xəbər 327 dəfə oxundu

"Apardığımız araşdırmalara görə, koronavirus pandemiyasının yayılmasından sonra Azərbaycanda gün ərzində 200-250 min tibbi maskaya ehtiyac yaranır".

"Report"un məlumatına görə, bunu "Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasında bildirib.

"Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlamış tibbi maska istehsalı müəssisəsində tələbata uyğun istehsalat qurulub. Gələcəkdə ehtiyac olarsa, maska istehsalı üçün yeni xətlərin qurulmasına qərar verilə bilər. Pandemiya dövründən sonra da müəssisə fəaliyyətini davam etdirəcək", - deyə o qeyd edib.