''Azərbaycanın xarici valyutada ehtiyatları artıb''

''Azərbaycanın xarici valyutada ehtiyatları artıb''

19-06-2017 15:46 / Bu xəbər 181 dəfə oxundu

Rövşən Ağayev: ''Ölkəyə turist axınının kəskin artdığı deyilsə də, bu, rəqəmlərdə özünü göstərmir''

"Azərbaycanın xarici valyutada ehtiyatları artıb”, - iqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın açıqladığı 2017-ci ilin 3 ayı üzrə ödəmə balansının göstəricilərinə əsaslanaraq belə deyir. 

İqtisadçı bildirir ki, tədiyə balansında 2015-ci ilin 3 ayında 4.591 mlrd., 2016-cı ilin 3 ayında 1270.1 mlrd.  dollar defisitin ardınca bu ilin yanvar-mart ayında 464 mln. dollar profisit yaranıb: 

"Yəni ölkənin xarici valyutada ehtiyatları artıb. Cari hesablar balansının saldosu da ötən ilki 432 mln. dollar mənfi rəqəmdən bu il 380 mln. dollar müsbət göstərici ilə əvəzlənib”.

Rövşən Ağayev deyir ki, ölkəyə turist axınının kəskin artdığı deyilsə də, bu, rəqəmlərdə özünü göstərmir: 

"Ötən ilin 3 ayına nisbətən turizm xidmətlərinin ixracı 28 mln. dollar (4.3 faiz) artaraq 669 mln. dallara çatıb. Amma əvəzində xaricdə ölkə vətəndaşlarının turist kimi xərcləmələri daha çox artıb. Belə ki, bu ilin 3 ayında turizm xidmətlərinin idxalı 617 mln. dollar olub. Bu, ötən ilin göstəricisindən 87 mln. dollar (16.4 faiz) çoxdur”.