“Azərişıq” böyük zərərdə

“Azərişıq” böyük zərərdə

24-05-2017 14:48 / Bu xəbər 1575 dəfə oxundu

"Azərişıq” ASC 2016-cı ili 25,6 milyon manat zərər ilə başa vurub.

"Marja” ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il cəmi satış 958 milyon 971 min manat, satışın maya dəyəri isə 885 milyon 798 min manat təşkil edib. İnzibati və digər xərclər də çıxıldıqdan sonra ASC 25,6 milyon manat zərər edib.

2015-ci ildə "Azərişıq”ın satışdan cəmi gəliri 756 milyon 784 min manat təşkil etsə də ili, 31 milyon 286 min manat zərər ilə başa vurmuşdu.

DEBİTOR BORCLAR ARTIB

2016-cı ilin sonunda ASC 2 milyard 374 min manat cəmi aktivlərə malik olub. Ötən il debitor borcları 524 milyon 252 min manatdan 678 milyon 77 min manata yüksəlib.

Debitor borc – (ingiliscə – debt receivable – məqbul borc) müəssisəyə, şirkətə digər müəssisə, şirkət və həmçinin ayrı-ayrı vətəndaşlar tərəfindən ödəilməli olan borc məbləğidir.