"Azərsun Holdinq" məhkəməyə verildi

06-05-2019 18:17 / Bu xəbər 1593 dəfə oxundu

"Holcim (Azərbaycan)" ASC "Xəyal Adası" MMC-ni məhkəməyə verib.

"Report”un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC 14 166 manat borc pulun silinməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı baxılmamış saxlayıb.

"Holcim (Azərbaycan)" ASC dünyanın aparıcı sement təchizatçılarından olan "LafargeHolcim Qrup"un bir hissəsidir. 

"Xəyal Adası" isə "Azərsun Holdinq" Şirkətlər Qrupunun layihəsidir.