"Azərsu"nun batırdığı qəsəbədən VİDEOREPORTAJ

26-12-2017 17:41 / Bu xəbər 2801 dəfə oxundu

Bura Bakının Binə qəsəbəsi, Əliağa Vahid küçəsidir. Burada yolların palçıqlı olmasının səbəbi isə yağış suları deyil, "Azərsu"dur.

Hər gün 50-ə yaxın maşın "Azərsu" ASC-nin Binə supaylayıcı şəbəkəsindən qəsəbənin müxtəlif ərazilərinə su daşıyır. 

Ağzı açıq olan su çənlərindən tökülən su ucbatından ərazi bataqlığa çevrilib. Sakinlər Toplum.Tv-yə deyir ki, buranın suyu isti yay ayları xaric qurumur. 

İllərdir, ərazini öz vəsaitləri hesabına qum, çınqıl, daş tökməklə bataqlıq vəziyyətindən xilas etməyə çalışsalar da, faydası yoxdur. 

Sakinlərin sözlərinə görə, illərdir qapısını döymədikləri idarə qalmayıb. Qəsəbə sakinləri bu vəziyyətin onların həyatında xeyli ciddi problemlər yaratdığını deyir: 

""Azərsu"nun başqa bir səhvi ucbatından ziyan görən yola görə qəsəbə sakinləri ərizə yazmışdı. Dekabrın 17-də yolun bir hissəsi asfaltlanıb".  

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı zənglərimizə cavab vermədi. 

Gün ərzində dəfələrlə Xəzər rayon su kanal idarəsini ilə də əlaqə yaratdıq, ancaq idarə və şöbə rəislərinə yerində tapa bilmədik.
 
İzzətxanım Cabarlı