Bakı selə təslim olur - Nazirlik 17 nəfəri xilas etdiyini bildirir (VİDEO)

Bakı selə təslim olur - Nazirlik 17 nəfəri xilas etdiyini bildirir (VİDEO)

28-09-2016 23:38 / Bu xəbər 949 dəfə oxundu

Fövqəladə Hallar Nazirliyindən yayılan rəsmi məlumata görə su basmış fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla 17 nəfər xilas edilib. 

Nazirlik hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır.

***

Sentybarın 28-də yağan güclü yağışdan sonra axşam saatlarında paytaxt Bakının müxtəlif ərazilərini su basıb. Şəhərin müxtəlif hissələrində iş yerləri və bəzi evləri su altında qalıb, şəhərdə nəqliyatın hərəkəti iflic olub.

Hələlik rəsmilərdə hadisə ilə bağlı hər hansı açıqlama yoxdur. Yalnız yol polisi güclü yağış və tıxaclara görə sürücülərə xəbərdarlıq edib.

APA informasiya agentliyinin məlumatına görə, Bakı və Abşeron yarımadasında sentyabrın 29-da yağışın davam edəcəyi, gündüz yağışda fasilə olacağı gözlənilir.