Bakı Slavyan Universiteti vahid formaya keçir? - Açıqlama

Bakı Slavyan Universiteti vahid formaya keçir? - Açıqlama

29-06-2016 14:43 / Bu xəbər 2059 dəfə oxundu

Sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin yeni rektoru Nurlana Əliyeva müşavirədə tələbələrin vahid forma geyinməli olduqlarını, saqqal saxlayan və şortik geyən oğlanların isə universitetə buraxılmayacağını deyib. 


Nurlana Əliyeva

Qaynarinfo.az məsələ ilə bağlı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyevlə danışıb.

Adil Əliyev məlumatın yanlış olduğunu deyib. 

O bildirib ki, rektor dünəndən işə çıxıb: "Geniş tərkibli müşavirə keçrilməyib. Struktur rəhbərləri ilə görüşüb olub. Və geyim, tələbələrin saqqal saxlamaları barədə heç bir söhbət getməyib".

Arqument.Az