“Bakı-Sumqayıt yolunda adam öldürənlər 1 manat uğrunda mübarizə aparanlardır”

“Bakı-Sumqayıt yolunda adam öldürənlər 1 manat uğrunda mübarizə aparanlardır”

09-03-2017 19:09 / Bu xəbər 1585 dəfə oxundu

Fevralın 9-da Bakı-Sumqayıt yolunda baş vermiş qəza 5 nəfərin ölmünə, 20 nəfərinsə yaralanmasına səbəb olub. Mətbuat hər gün onlarla yol qəzasından, insan itkisindən yazır. Son aylar yol təhlükəsizliyi qaydaları nə qədər sərtləşdirilsə də, bu cür hadisələrin sayında azalma hiss olunmur. Bəs buna səbəb nədir? 

Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov Toplum TV-yə deyib ki, qəzaların baş verməsində səbəblər müxtəlifdir: "Səbəblər kompleksdir. İnsan amili, hazırlıqsızlıq, yol infrastrukturu, nəzarətin zəifliyi və s. Lakin hamısının başında insan amili dayanır. Bakı-Sumqayıt yolunda baş verən hadisə isə birbaşa insan amili ilə bağlıdır”.

Ərşad Hüseynovun sözlərinə görə insanlar dünyagörüşlərini, yanaşmalarını dəyişməlidir: "Belə davam edə bilməz, bu, biabirçılıqdır. Təsəvvür edin ki, həmin yolda adam öldürənlər, 1 manat uğrunda mübarizə aparanlardır”. 
Image result for Ərşad Hüseynov
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov qəzaların artması fikri ilə razılaşmır. 

Bölmə rəisi Toplum.TV-yə açıqlamasında bildirib ki, 2016-cı ildə Bakı şəhərində qeydə alınmış nəqliyyat hadisələrinin nəticələri müsbətə doğru dəyişiklik olduğunu göstərir: 

"Ölüm hallarının azalmasının, xəsarət dərəcələrinin yüngülləşməsinin şahidi oluruq. Dövlət yol polisi əməkdaşlarının məqsədli və vaxtında keçirdiyi tədbirlər müsbət nəticələr əldə etməyə imkan verib. 2016-cı ildə piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 60 faizini təşkil etdiyindən elə həmin dövr ərzində 138 minə yaxın piyadalara inzibati protokol yazılıb. Bu da o deməkdir ki, piyadaların vurulmasının qarşını almaq üçün onların inzibati məhsuliyyətə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir”. 

Vaqif Əsədovun sözlərinə görə, polislər dislokasiya olunduqları ərazilərdə nəzarəti gücləndirirlər və funksional vəzifələrini yerinə yetirirlər ki, hər bir hərəkət iştirakçısı mənzil başına salamat çatsın: 
Image result for Vaiqf Əsədov
"Bu il artıq 4 dəfə sərnişin daşımada nizam-intizamın yaradılması ilə bağlı təbliğat xarakterli tədbirlər həyata keçirilib. 

Sabah, martın 10-da metronun "Koroğlu” stansiyasının ətrafından başlayaraq dayanacaqlarda bu tədbirin davamı olaraq keçirilməsini planlaşdırmışıq. Yəni bu gün yol polisləri sadəcə inzibati qaydada protokol tətbiq etmir, eyni zamanda təbliğat işlərinin də aparılmasına üstünlük verirlər. 

Fəaliyyətimizi bir neçə istiqamətdə qurmuşuq. Əvvəlcə fəaliyyəti təşkil edir, sonrakı mərhələlərdə təbliğat aparır və daha sonra isə xidməti ərazimizdə tələbləri pozanları aşkar etdikdə inzibati tənbeh tədbirləri keçiririk”. 

Bakı-Sumqayıt yolunda baş vermiş qəzada dünyasını dəyişənlər bunlardır: Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vuqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzüli oğludur(1997-cı il) . 

Ölənlərdən əlavə 20 yaralı da var. Onlar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında və Bakıdakı xəstəxanalarda yerləşdiriliblər. 

Toplum.Tv