Bakıda avtobus qəzaya uğrayıb - 2 şagird xəsarət alıb

Bakıda avtobus qəzaya uğrayıb - 2 şagird xəsarət alıb

07-12-2018 13:03 / Bu xəbər 1068 dəfə oxundu

Dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Binəqədi rayonu, 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

217 nömrəli tam orta məktəbdən Trend-ə verilən məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. 

Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.