Bakıda avtobusla qatar toqquşub: 1 məktəbli ölüb,26 yaralı var - VİDEO

Bakıda avtobusla qatar toqquşub: 1 məktəbli ölüb,26 yaralı var - VİDEO

01-10-2018 16:19 / Bu xəbər 2187 dəfə oxundu

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova "Report”a bildirib ki, yaralılardan 22 nəfəri hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.

O qeyd edib ki, hadisə zamanı yaralanan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib.