Bakıda daha bir yol çökdü - FOTO

Bakıda daha bir yol çökdü - FOTO

04-10-2017 15:04 / Bu xəbər 2381 dəfə oxundu

Bu gün, oktyabrın 4-ü Bakının Nizami rayonundakı Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində yolun bir hissəsi çöküb.

Yolun çökməsinə səbəb kimi yerin altından keçən kanalizasiya xəttinin sıradan çıxması göstərilir.

Ərazidə nəqliyyatın gediş-gəlişi məhdudlaşdırılıb.

Hazırda "Azərsu" ASC-nin əməkdaşları hadisə yerindədirlər. Çökən yolu "Azəravtoyol" ASC-nin inşa etdiyi bildirilir.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli də APA-ya bildirib ki, həmin yolun altından kanalizasiya kollektoru keçir və onun istismar müddəti bitib.

Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə «Azəravtoyol» ASC-nin və "Azərsu" ASC-nin əməkdaşları cəlb olunublar.

"Fəsadlar aradan qaldırılacaq. Əvvəlcə kollektorun bərpası işi aparılacaq. Bundan sonra yolun bərpası istiqamətində addımlar atacağıq", - deyə o bildirib.

AzadlıqRadiosu