Bakıda evin partlaması nəticəsində 3 nəfər ölüb

Bakıda evin partlaması nəticəsində 3 nəfər ölüb

09-01-2019 16:23 / Bu xəbər 1062 dəfə oxundu

Qonşular qaz sızıntısından şübhələnirlər

Bakının Yasamal rayonu ərazisində ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanvarın 9-da yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış "Tofaş" markalı avtomobilin üzərinə aşıb.

Yanğın nəticəsində evin yanar konstruksiyaları yanmışdır. Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.

Qonşularının Meydan TV-ə verdiyi məlumata əsasən, yanvarın 8-də gecə qazı kəsiblər.

"Ailə dindar idi. Səhərə yaxın namaza qalxıb işığı yandıranda partlayış olub. Belə çıxır ki, gecə qazı açıblar, güman ki, qaz sızıntısı olub, ailə də qazı tam bağlamayıb”.