Bakıda icra başçısı yol hərəkəti qaydalarını pozdu

Bakıda icra başçısı yol hərəkəti qaydalarını pozdu

15-01-2020 21:13 / Bu xəbər 1142 dəfə oxundu

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin xidməti maşını yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

Bu barədə Criminal.az məlumat yayıb.
 
Saytın yaydığı videogörüntüdən görünür ki, icra başçısı Bakıxanov qəsəbəsi, Sülh küçəsində xidməti "Audi" markalı avtobobillə əyləşir, sonra isə yol hərəkəti qaydalarını pozaraq qarşı yola keçir.

Bundan sonra da yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqda davam edir. İçərisində icra başçısının özünün də olduğu avtomobil işıqforun qırmızı işığında yoluna davam edir. 

Həmin görüntüləri təqdim edirik: