Bakıda iki avtobus toqquşdu, ölən və yaralananlar var

Bakıda iki avtobus toqquşdu, ölən və yaralananlar var

08-04-2016 10:21 / Bu xəbər 1962 dəfə oxundu

Bakının Nizami rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. 

Musavat.com-un məlumatına görə, hadisə "Diqlas” ticarət mərkəzinin qarşısında olub. 103 saylı marşrut xətti ilə hərəkət edən avtobus diəgr marşrut avtobusuna dəyib, nəticədə üç piyada vurulub. Onlardan biri  - bir qadın hadisə yerində ölüb. İki nəfər isə təcili tibbi yardım avtomobili xəstəxanaya çatdırılıb. 

Bundan başqa da, nisbətən yüngül yaralananlar olub.

Arqument.Az