Bakıda jurnalistin bacısı özünü asdı - Təfərrüat -(FOTO)

Bakıda jurnalistin bacısı özünü asdı - Təfərrüat -(FOTO)

09-02-2016 12:21 / Bu xəbər 3184 dəfə oxundu

Fevralın 8-də Bakıda intihar hadisəsi baş verib.
 
Lent.az-ın məlumatına görə, hadisə Yeni Yasamal 2, bina 5 ünvanında qeydə alınıb. Orada yaşayan 1993-cü il təvəllüdlü Vahabova Nigar Tahir qızı özünü asaraq intihar edib.
 
N.Vahabovanın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 
N.Vahabova intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubunda valideynlərindən üzrxahlıq edib, etdiyi əmələ görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.
 
Bildirilir ki, N.Vahabova Koorparasiya Universitetinin 3-cü kurs tələbəsi olub. Son vaxtlar onların ailəsində müəyyən problemlər, eləcə də maddi sıxıntılar varmış.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.