Bakıda KEMPO üzrə Avrasiya çempionatı keçirildi - FOTO

Bakıda KEMPO üzrə Avrasiya çempionatı keçirildi - FOTO

21-10-2015 01:55 / Bu xəbər 2236 dəfə oxundu

Oktyabrın 17-də Azərbaycanda ilk dəfə olaraq İKF KEMPO üzrə Avrasiya çempionatı keçirilib. 

Arqument.Az xəbər verir ki, çempionatda 21 komandadan 183 idmançı iştirak edib. Xarici ölkələrdən Əfqanıstan, Rusiya və İran idmançıları bu çempionata qatılıblar.

Çempionat "Şağan OİK"də keçirilib. Yarış Bakı şəhər Gənclər və İdman Baş idarəsinin və Azərbaycan Karate Do Federasiyaları Assosasiyasının razılığı ilə və "Toğrul" İK-nın təşkilatçılığı ilə təşkil olunub.

Yarışın açılış mərasimində BŞİGİ nümayəndələri, GİN -nin nümayəndələri, Əfqanıstan səfirliyinin nümayəndələri, bir neçə federasiya rəhbəri iştirak edib.

Yarışın açılış mərasimində respublikanın əməkdar artisti, gözəl skripka ifaçısı Səlim Abbasov onunla bigə bir neçə müğənni və bir neçə şou nümayəndəsi də iştirak edərək gözəl çıxışlarla qonaqları və idmançıları təbrik ediblər.

Arqument.Az