Bakıda məcburi köçkünlər aksiya keçirdilər - FOTO-VİDEO

Bakıda məcburi köçkünlər aksiya keçirdilər - FOTO-VİDEO

24-10-2016 14:06 / Bu xəbər 960 dəfə oxundu

Bu gün səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən "Məşəl” və "Tonqal” qaçqın düşərgələrində etiraz aksiyaları keçirilib. 

Gunxeber.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sakinlər günlərlə işığın yanmamasına, su probleminin olmasına, payız qış aylarında yağan yağışların evlərə dolmasına, 173 saylı marşrutun normal qaydada işləməməsinə etiraz ediblər. 

Onlar bildiriblər ki, dövlət büdcəsindən və xarici fondlardan illərlə  milyon manatlarla pul alan "Qaçqınkom” onların problemi ilə maraqlanmır. Qaçqınlar problemləri həll olunmayacağı təqdirdə üzləşdikləri çətinlikləri çatdırmaq üçün Prezident Administrasiyasının qarşısında aksiya keçirəcəklərini bildiriblər.

Onlar Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və onun qardaşı "Qaçqınkom”un sədri Əli Həsənovu onların probləmləri ilə maraqlanmamaqda, dövlətin qaçqınlar üçün ayrırdığı küllü-miqdarda vəsaiti talamaqda ittiham ediblər.

Sakinlər problemləri həll olunmasa, daha sərt üsullara əl atacaqlarını bildiriblər.

Aksiya iştirakçıları onu da deyiblər ki, yaxınlıqda yaşayan rüşvətxor məmurların işığı, suyu olduğu halda 21-ci əsrdə faktiki olaraq düşərgə şəraitində yaşayan onlarla ailə faktiki olaraq elementar yaşamaq hüququndan məhrumdur.

Gunxeber.com

 


.
.
.

.
.