Bakıda məşhur plazada atışma - ölən var - YENİLƏNİB

Bakıda məşhur plazada atışma - ölən var - YENİLƏNİB

07-01-2017 15:26 / Bu xəbər 2840 dəfə oxundu

Bakıda ofisdə qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə İraq Hava Yollarının Bakı ofisində qeydə alınıb.

Orta yaşlı naməlum şəxs ofisdə işləyən şəxsin baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Bakı şəhərindəki "Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.
 
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, "Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalı İraqın Azərbaycandakı səfirinin müavininin qardaşıdır.
 
Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. Onun İraq Hava Yollarının Bakı nümayəndəliyində sürücü işlədiyi bildirilir.

Arqument.az