Bakıda qazın sürəti niyə aşağıdır? - Sakinlər etiraz edir

Bakıda qazın sürəti niyə aşağıdır? - Sakinlər etiraz edir

19-05-2017 18:23 / Bu xəbər 1649 dəfə oxundu

Bakının Suraxanı, Sabunçu, Nizami rayonları ərazisində təbii qazın verilişində problemlər yaşanır. 

Sakinlər Toplum.Tv-yə bildiriblər ki, qazın sürəti çox zəifdir. 

Sakinlərin sözlərinə görə, qaz o qədər zəif gəlir ki, adicə su qızdırmağa bəs etmir. 

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə Toplum.Tv-yə açıqlamasında deyilənləri qəbul etməyib. 

O bildirib ki, ölkə ərzisindən qazın verilişində problem yoxdur: "Konkret ünvan deyin, sabah adam göndərəcəyəm. Bəlkə, hər hansı mənzildə cihazlarda problem var”.

Ünvanı desək də, sakinlər gün iki gün ərzində problemin həll olunmadığını bildiriblər. 

Eyni problemin Həzən Əliyev küçəsində də yaşandığı iddia edilir.