Bakıda qazın təzyiqi niyə zəifdir?

Bakıda qazın təzyiqi niyə zəifdir?

28-04-2017 02:03 / Bu xəbər 1446 dəfə oxundu

Paytaxt ərazisində günün müxtəlif saatlarında  qazın verilməsində kəsintilər baş verir. 

Bu barədə tez-tez sosial şəbəkələrdə "qazımız hanı" haştağı altında paylaşımlar olur. 

Yasamal rayonunda yaşayan Pərvanə Məmmədli də bununla bağlı narazılığını bildirib. 

O deyir ki, xəbərdarlıq edilmədən qəfil qaz kəsilir: "İsti suyun vacib olduğu vaxtlar olur ki, adam qalır belə. Artıq iki-üç dəfədir ki, günün ilk yarısı qazları kəsirlər".

Sosial şəbəkələrdə daha çox Xətai, Nizami, Sabunçu, Suraxanı rayonları ərazisilərində qazın kəsildiyi qeyd olunur. 

Suraxanıdan yazırlar ki, qazın təzyiqi çox zəifdir. Bu hal bir həftədir ki, davam edir. 

Toplum TV məsələ ilə bağlı "Azərqaz"ın mətbuat xidməti ilə əlaqə saxlayıb.

Mətbuat xidməti rəhbəri İbrahim Kərbalayevin sözlərinə görə, son günlər Yasamal ərazisində kəsintilərin səbəbi həmin ərazidə yeraltı qaz kəmərində sızmaların baş verməsi olub: 

"Həmin qaz sızmanın aradan qaldırılması məqsədi ilə qaz təchizatı dayandırılmış və beynəlxalq standartlarda bərpa olunmuşdu. Harada ki hansısa işin görünməsi üçün müvafiq zərurət yaranır, təhlükə yaranır, bu zaman qaz təchizatı dayandırılır və səbəbi açıqlanır. Sonra səbəb aradan qaldırılır".