Bakıda şok cinayət: sabiq icra nümayəndəsi yaralandı - FOTOLAR

Bakıda şok cinayət: sabiq icra nümayəndəsi yaralandı - FOTOLAR

12-04-2016 01:04 / Bu xəbər 1927 dəfə oxundu

Bakıda güllələnmə hadisəsi baş verib. 

Musavat.com-un məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Cavadxan küçəsində qeydə alınıb.

Naməlum şəxs Göz Xəstəxanasının qarşısında avtomatdan dəfələrlə atəş açıb. Hadisə nəticəsində 43 yaşlı Qasımov Hüseyn Əli oğlu güllə yaraları alıb. Yaralı xəstəxanaya çatdırılıb. 

Həkimlər onun həyatını xilas edə biliblər. Güllələrdən bir neçəsi hadisə yerində dayanmış "Niva" markalı avtomobilə və Göz Xəstəxanasının gözətçi otağına dəyib. 

Xoşbəxtlikdən başqa xəsarət alan olmayıb.

Hüseyn Qasımovun güllələnməsinin səbəbləri və hadisənin kim tərəfindən törədildiyi məlum deyil. 

Qeyd edək ki, Hüseyn Qasımov bir müddət əvvələdək Bərdə Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Arqument.Az