Bakıda sürücü özünü yandırıb

Bakıda sürücü özünü yandırıb

05-03-2018 17:06 / Bu xəbər 7118 dəfə oxundu

İlkin dindirmə zamanı hadisəyə səbəb maaşının ala bilməməsi göstərilir

Bakıda sürücü Bəhruz Feyruz oğlu Zeynalov martın 5-də özünü yandırıb.

Onu Respublika Yanıq Mərkəzinə vaxtında çatdırılması xilas edib.

Mərkəzin baş həkimi Şöhrət Məmmədov sürücünün bədəninin bir neçə yerinin yanması diaqnozu ilə xəstəxanaya daxil olduğunu bildirib:

"Əsasən boyun, burun və əl nahiyyələri yanıb”.

Baş həkim pasientə lazımı yardımlar göstərildiyini və vəziyyətinin sabit olduğunu deyib.

İlkin dindirmələr zamanı sürücü Bəhruz Zeynalov işlədiyi "Elat” MMC-dən 2 aylıq maaşını ala bilmədiyinə görə özünü yandırdığını bildirib.

Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb.///meydan.tv