Bakıda yanğın: Zabil Müqabiloğlunun ata evi yandı - VİDEO

Bakıda yanğın: Zabil Müqabiloğlunun ata evi yandı - VİDEO

21-03-2018 14:51 / Bu xəbər 2412 dəfə oxundu

Bakının Sabunçu rayonunda, Pirşağı qəsəbəsi, Məşəl düşərgəsində dəhşətli yanğın baş verib.

Məcburi köçkünlər məskunlaşdığı düşərgədə, səbəbi bilinməyən yanğın nəticəsində köçkünlərin evləri tamamilə yanaraq kül olub.

Xeberbiz.az xəbər verir ki, düşərgədə baş verən yanğın, tanınmış jurnalist, mərhum Zabil Müqabiloğlunun ata evində baş verib. 

Jurnalistin ata və anası dünyasını dəyişdiyinə görə, bacısı tək yaşayırdı. Bundan öncə də adı çəkilən düşərgədə dəfələrlə yanğın baş verib.

Qonşuların köməyi nəticəsində, azyaşlı və qocalar təxliyə olunublar.

FHN-i yanğının hansı səbəbdən baş verməsini araşdırır.

Hadisə yerindən çəkilən kadırları təqdim edirik.
 
Hadisə yerindən çəkilən kadırları təqdim edirik.