"Bandotdel"ə yeni rəis təyin edilib
12-07-2019 19:16 / Bu xəbər 1582 dəfə oxundu
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (BMCMİ) rəisi vəzifəsinə təyinat olub.
Bu barədə "Report.az" xəbər verib.
Xəbərə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmr imzalayıb.
Bu vəzifəyə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov xəbəri təsdiqləyib.
Əbülfəz Rzayev 1968-ci il avqust ayının 11-də Ordubad rayonunun Behrud kəndində doğulub.
Ə.Rzayev polis fəaliyyətinə Ukraynada başlayıb, 1989-1990-cı illərdə Donetsk vilayəti Kirovskoye Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri olub.
O, 1990-1996-cı illərdə M.F. Axundov adına APRDƏİ-də ali pedaqoji təhsil alıb. 1998-cı ildə BDU-nun hüquq fakultəsini bitirib. 2000-ci ildən BDU-nun hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasında müəllim işləyir.
Ə.Rzayev 1995-ci ildən Azərbaycan Daxili İşlər Nazirliyi sistemində xidmət edir. Polis polkovnik leytenantdır.
Ailəlidir. 4 övladı var.
Onun qardaşı Abbas Rzayev Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi, digər qardaşı Xudu Rzayev isə "Minera GROUP” prezidentidir.