Banklarda növbəli valyuta xaosu: "Növbəti devalvasiya olacaq"

Banklarda növbəli valyuta xaosu:

12-12-2016 19:36 / Bu xəbər 3928 dəfə oxundu

"Valyuta bazarında tələb çoxdur, təklifsə azdır” 

Bunu Toplum Tv-yə bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bəzi bankların valyuta alqı-satqısını dayandırması ilə bağlı məsələni şərh edərkən deyib.
Onun sözlərinə görə sırf qanunvericilik tərəfindən bankın ixtiyarı var ki, istənilən əməliyyat dövrü üçün məhdudiyyətlər müəyyən etsin: "Bank filan vaxt filan əməliyyatları filan filial aparacaq və ya aparmayacaq yəni bunlari qanunvericilik banka imkan verir. Bank özəl müəssisədir özü bilər. İqtisadi tərəfə gəldikdə isə niyə belə etdikləri aydın məsələdir. Bu gün hətta Elman Rüstəmov da deyib ki, valyuta bazarında balans pozulub. Tələblə təklifdə bərabərlik yoxdur. Valyuta bazarında tələb çoxdur, təklifsə azdır. Buna görə də bu gün dollar almaq istəyən çox, satmaq istəyən isə azdır. Bunun əsas günahkarı Mərkəzi Bankdır. Mərkəzi bank əgər öz kursunu elan edirsə sonra da həmin kursla bazara kifayət qədər dollar satmırsa, bu əslində, o deməkdir ki, dolların həqiqi qiyməti bahadır. Bankların özündə də deməzdim ki, dollar azdır amma kifayət qədər deyil. Bu o deməkdir ki, bu əməliyyat vaxtlarını, əməliyyatı apardıqları yerləri məhdudlaşdırırlar. Bu da ondan xəbər  verir ki, Azərbaycanda valyuta böhranı var. Bundan çıxış yolu da aydındır. Prezidentin bir neçə gün əvvəl təsdiq etdiyi iqtisadi inkişafın yol xəritəsində göstərilir ki, gələn il ərzində Azərbaycan tam üzən məzənnə rejiminə keçəcək. Əgər belə keçid olsa bundan sonra artıq belə məhdudiyyətlər olmayacaq. Kim dollar alıb satmaq istəsə bunu sərbəst edəcək. Lakin belə olsa təbii ki, manat daha da ucuzlaşacaq və növbəti devalvasiya olacaq”.

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, bəzi bankların ümumiyyətlə valyuta alğı satqısını dayandırdığı müşahidə olunur:
Ekspert güzəştli ipotekadan danışdı:
"Nəzərə alsa ki, xüsusən ötən həftə bir sıra kommersiya bankları əvvəl valyuta alırdı amma satmırdı, lakin artıq ötən həftə bunun tamamən dayandığı müşahidə edildi. Səbəb qara bazarla bağlı aparılan araşdırmalar idi. Biz dəfələrlə qeyd etmişdik və indi də təsdiq olundu ki, valyuta qara bazara kommersiya bankı tərəfindən ötürülür. Əvvəllər də dediyimiz kimi qara bazar hərraca çıxmır amma hər zaman qara bazarda valyuta var. Güman edirəm ki, son günlər yəni, ötən həftə valyuta alğı satqısının dayandırması birbaşa valyutanı qara bazara ötürən bankların yoxlanılması ilə bağlıdır. Rəhbərliyin dəyişdirilməsi müşahidə olundu. Bütün hallarda kommersiya banklarının valyuta alğı satqısını tamamən bərpa etməsinə ehtiyac var. Və qara bazar manatın məzənnəsinə psixoloji təsir göstərir əgər qara bazar ləğv olunarsa və valyutanın alqı-satqısı kommersiya banklarına transfer olunarsa valyuta alğı satqısının daha liberal şəkildə həyata keçirilməsinə gətirib çıxaracaq. Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank banklarda valyuta alğı satqısının bərpa edilməsi istiqamətində tədbirləri gücləndirnməlidirlər. Və birmənalı şəkildə bu fəaliyyət qara bazarın ləğvinə gətirib çıxarmalıdır. Əks halda qara bazar manatın məzənnəsinə təsir etməyə davam edəcək”.

Banklar Assosiasiyasının müdiri Zakir Nuriyev isə bildirib ki, hər hansı bir şəkildə bu və ya digər bankların bu gün biz qəbul etmirik və ya satmırıq  məsələsi kimi məsələ yoxdur:
 Картинки по запросу Zakir Nuriyev
"İstənilən bank valyutanı qəbul edir və satır. Amma ola bilər ki, həmin gün həmin anda o  bankın valyuta ehtiyatı olmaya bilər. Bu başqa məsələ. Belə ki, kim almaq istəyir gəlsin alsin. Dediyiniz formada növbəli formada bank valyuta almır satmır məsələsi gündəmdə deyil. Bu məsələlərdə çalışın yoxlayıb məlumat verməyə çalışın. Çünki ola bilir ki, həqiqətən, bankın həmin gün həmin an həmin filialında valyuta yoxdur. Valyuta dediyiniz də əmtəə növüdür, banklar bunu birjalardan alırlar və satırlar. Bankların valyutanı əldə edəcək başqa yeri yoxdur. Ola bilsin ki, o gün birjada daha az satış olsun və ya hansısa xarici ticarət əməliyyatlarının maliyyələşdirmək üçün valyuta ehtiyacı olsun. Amma qalan hallarda banklar aldıqları  valyutanı fiziki şəxslərə satırlar. Bəzi bankda digər bankdan daha çox ehtiyat ola bilər. Bu da bankın konkret mövqeyindən irəli gələ bilər. Bütövlükdə isə bank sektoru üçün yetəri qədər olmasa da, mümkün olan həcmdə birjadan aldıqları həcmdə satışlar həyata keçirdirlər. Və çalışırlar ki, bazarı təmin edə bilsinlər”. 

Qeyd edək ki, keçən həftədən etibarən bir sıra banklarda valyuta dəyişmə növbəli sistemə keçib.

Gülzar N. Məmmədli