Barselona çempion elan olunmasından imtina edir?

Barselona çempion elan olunmasından imtina edir?

03-04-2020 22:29 / Bu xəbər 387 dəfə oxundu

Barselona klubu vaxtından əvvəl çempion elan olunsa, klub 100 milyon avro dəyərində maliyyə itkisi ilə üz-üzə qala bilər.

Aprelin 1-də UEFA-nın təşəbbüsü ilə videogörüntü vasitəsilə keçirilən iclası da Avropa ölkələrin daxili çempionatlarının hansı formada bitirlməsinə aydınlıq gətirməyib.

Yekun olaraq daxili çempionatların 30 iyuna kimi bitirilməsi və 03 avqusta kimi avrokuboklarda iştirakçı klubların siyahısını UEFA-ya təqdim olunması tövsiyə olunub. 

Digər tərəfdən isə, UEFA Milli Assosiyasiyalara daxili yarışların bitirilməsinə kart-blanş verib - "biz sizin bu məsələdə daxili işinizə qarışmırıq, yalnız bizə klubların siyahısını verin” siqnalı ötürülüb. 

Artıq Avropada ilk "koronavirus çempionu” bəllidir. Belə ki, Belçikada, Pro Liqanın qalan turların oynanılmaması, turnir cədvəlinə başçılıq edən Brüqqe klubun çempion elan edilməsi barədə Liqanın Direktorlar Şurasının qərarı qəbul edilib. 

Bununla bağlı yekun qərarın Klubların Baş Assambleyasının 15 aprelə təyin olunan iclasında təsdiq olunması gözlənilir. 

La Liga mövsümünün qalan hissəsinin oynanılmaması ehtimalı gündən-günə artır. Mövcud La Liga Santander turnirininb qalan 11 matçının nə vaxt oynanılacaqları ilə əlaqədar qeyri-müəyyənlik var.

UEFA, Avro-2020-ni təxirə salmaqla iyun və iyul aylarını azad etdi, ancaq yaya qədər pandemiyanın səngiyəcəyinə zəmanət yoxdur

Mövsümün qalan hissəsini ləğv olunsa, Barselonanın çempion titul qazanacağını elan olunsa da, klub bu fikrə qəti şəkildə qarşı çıxır, -  "Marca”-nın verdiyi məlumata deyilir. 

Nəzərə alsaq ki, mövsümün son beş ev oyunu baş tutmasa "Barselona” yalnız bilet satışından 16.5 milyon avro itirəcək. 

Televiziya hüquqları ilə bağlı da problem var və Kataloniya klubu ona ödənilməli olduğu 166 milyon avronun çoxunu alsa da, matçlar oynanılmadıqda yenə də bunun bir hissəsini əldən verəcəklər. 

Çempion olduğu təqdirdə isə oyunçu və üçüncü şəxslərlə bağlanmış müqavilələrə əsasən "Barselona”nın əlavə bonus ödəmək öhdəliyi yaranır. 

Bütün bunlar isə "Barselona” üçün təxminən 100 milyon civarında maliyyə itkisi deməkdir (baxmayaraq ki, klubla futbolçular arasında əldə olunmuş razılığa əsasən sonuncular əmək haqqlarının 70%-dək azaldılmasına razılıq veriblər). Buna isə klub öz razılığını verə bilməz.