Baş Polis İdarəsi: "Mitinqdə 2800 nəfər iştirak edib"

Baş Polis İdarəsi:

19-01-2019 18:03 / Bu xəbər 1207 dəfə oxundu

Milli Şuranın "Mehman Hüseynova dəstək!” mitinqi başa çatıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti mitinqlə bağlı məlumat yayıb.

Məlumata görə, mitinqdə partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.